STM “Karğu-2” kamikadze dronların növbəti partiyasını sifarişçiyə təhvil verib

STM “Karğu-2” kamikadze dronların növbəti partiyasını sifarişçiyə təhvil verib

Türkiyənin STM şirkəti tərəfindən istehsal edilən “Karğu-2” kamikadze dronlarının növbəti partiyası təhlükəsizlik qüvvələrinə təhvil verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin rəsmi sosial media hesabında bildirib.

Qeyd edək ki, Müdafiə Sənayesi Komitəsi ilə STM şirkəti arasında imzalanmış müqavilə çərçivəsində təhlükəsizlik qüvvələrinə 356 ədəd “Karğu-2” kamikadze dronun tədarükü planlaşdırılır.

“Karğu-2” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

“Karğu-2” kamikadze dronun uçuş müddəti, uçuş tavanı və avtonomluğu artırılıb, səs səviyyəsi azaldıldılıb. “Karğu-2” müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş