STM şirkəti 8 NATO ölkəsinə ixracat həyata keçirəcək

STM şirkəti 8 NATO ölkəsinə ixracat həyata keçirəcək

Türkiyənin STM şirkətinə daxil olan “ThinkTech” müəssisəsi tərəfindən istehsal edilən məhsulların üçüncü dəfə NATO-ya ixrac edilməsi planlaşdırılır.

Bu barədə Azeri Defence saytına STM şirkətindən məlumat verilib.

STM “ThinkTech” tərəfindən yerli imkanlar hesabına NATO üçün hazırlanan Elastiklik Qərarına Dəstək Modeli adlanan layihəyənin üçüncü versiyasına dair müqavilə 2020-ci ilin avqust ayında imzalanıb.

Müqavilə çərçivəsində STM “ThinkTech” 2020-ci ilin dekabr ayının sonuna qədər NATO-ya üzv olan 8 ölkəyə Elastiklik Qərarına Dəstək Modeli tədarük edəcək.

Elastiklik Qərarına Dəstək Modeli pandemiya, geniş miqyaslı elektrik kəsintiləri, kiber hücumlar və insan hərəkəti kimi strateji sarsıntılar qarşısında qərar qəbul etmə proseslərini dəstəkləmək üçün nəzərdə tuutlub.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş