STM şirkəti “Alpaqu” kamikadze PUA-nın seriyalı istehsalına başlayıb

Türkiyənin STM şirkəti “Alpaqu” adlı “gəzən sursat”ın (kamikadze PUA) seriyalı istehsalına başlayıb.

Bu barədə “AzeriDefence” STM şirkətinə istinadən məlumat verib.

İlk dəfə IDEF-2017 sərgisində nümayiş olunan “Alpaqu” sabit qanadlı kamikadze PUA həm avtomatik, həm də mexaniki idarəetməyə malikdir. Xarici görünüş və iş prinsipinə görə Amerikan “Aero Vironment” şirkətinin “Switchblade” “gəzən sursat”ına bənzəyən “Alpaqu” 45 saniyə ərzində döyüşə hazır vəziyyətə gətirilir.

Birdəfəlik istifadə üçün dizayn edilmiş və zavod şəraitində yerləşdirildiyi kanisterdən buraxılan PUA həm kəşfiyyat, həm də zərbə məqsədi ilə istifadə oluna bilər.

Kamikadze PUA-nın uçuş məsafəsi 5 km, uçuş müddəti 10 dəqiqədir. Maksimum 400 metr yüksəkliyə qalxan PUA 80 km/saat sürətlə hərəkət edir. Çəkisi 3700 qram olan PUA 400 qram partlayıcı döyüş başlığı daşıyır.

KATEQORIYA:
Bu xəbəri paylaş