STM Türkiyə Dəniz Qüvvələrinin iki dənizaltısını modernləşdirdi
STM şirkəti tərəfindən həyata keçirilən Türkiyə Dəniz Qüvvələrinin 2 ədəd “Ay” sinif dənizaltısının modernləşdirilməsi layihəsi başa çatıb.
Bu barədə “AzeriDefence”yə STM-dən məlumat verilib.
Layihə çərçivəsində TCG DOĞANAY (S-351) və TCG DOLUNAY (S-352) dənizaltılarının Elektron Dəstək, Seyir Periskopları və inersial seyir sistemlərinin modernləşdirilməsi uğurla tamamlanıb.
Layihə 4 il yarım davam edib.
KATEQORIYA: Sənaye