Su-24 təyyarəsinin “qara qutu”su Rusiya hərbi sənayesini rüsvay elədi

Türkiyə Hava Qüvvələri tərəfindən vurulmuş Rusiyaya məxsus Su-24 təyyarəsinin “qara qutu”sunu açan Rusiya çətin vəziyyətlə üzləşib və öz iddialarını sübuta yetirə bilməyib.

“AzeriDefence”nin məlumatına görə, “qara qutu”nun açılması eyni zamanda Rusiyanın inkişaf etmiş hərbi sənaye mifini də alt-üst edib.

Tanınmış jurnalist Yuri Butusov “politolog.net” saytında yayımlanmış “Su-24-ün “qara qutu”su – rus hərbi sənayesi üçün rüsvayedici diaqnoz” adlı məqaləsində bir sıra məsələlərə aydınlıq gətirib.

“Putin, Türkiyənin vurduğu Su-24-n bütün uçuş parametrlərini təsbit edib, “türklərin Su-24 Türkiyənin hava məkanından kənarda vurulduğunu sübut etmək üçün” vurulmuş təyyarənin “qara qutu”sunun açılması barədə böyük təmtəraqla canlı efirdə əmr verdi.

qara qutuƏslində, sırf uçuş parametrlərini yalnız radarların yazıları ilə müəyyən etmək mümkündü. “Qara qutu” təyarənin hara uçmasını yazmır, ona görə orada təyarənin uçuş marşrutu barədə “sübut” tapmaq mümkün deyil. Ancaq Putin “qara qutu”nun açılmasından şou düzəltmək qərarına gəlmişdi və psevdosübut uydurmuşdu. “Qara qutudan” belə sübut gözləntisi ilk növbədə kompitentlik səviyəsinin aşağı olmasının göstəricisidir”, deyə məqalədə qeyd olunub.

Butusov yazır ki, canlı efirdə rusiyalı mütəxəssislər yarım saat ərzində “qara qutu”nu götürdülər. Qutunun qorunma üzlüyü zahirən o qədər də xəsarət çəkməmişdi və yanmamışdı. Yazı qurğusu salamat olmalı idi: “Lakin platanı çıxaranda …Rusiyanın müdafiə sənayəsinin və mikroelektronikasının əsl səviyəsi bütün “gözəllikləri” ilə aşkarlandı. Platalar dinamik zərbədən dağılmışdı. Maksimal hündürlükdən düşərkən salamat qalmalı plata, 6 km-dən düşən təyarənin “qara qutusu” dağılmadığı halda, ciliklənməsi xarici zərbədən deyil, konstruktiv qüsurdan baş vermişdi. Plata sadəcə 4 “ayaqda” bərkidilmişdi, onu zərbə nəticəsində dağılmadan qoruyan qat konstruksiyada nəzərdə tutulmamışdı. Bu, elementar məsələdi. Sovet zamanı plataların belə dempferi olmuşdu və olmaması səhlənkarlıq deyil, Rusiya mikroelektronikasına diaqnozdur. Rusiya belə plataları istehsal etmir. Bunlar Rusiya üçün Çində istehsal olunur. Lakin rusiyalı mütəxəssislər xarici yaddaş platalarının etibarlılığına əmin olmadıqlarına görə platananın xarab olduğu təqdirdə dəyişilməsini mümkün etmək üçün plataları Çinə sifariş edərkən, onlara dempfer qatı tökmürlər. Aydındır ki, Rusiya müdafiə sənayəsində başqa, daha etibarlı platalar istehsal olunsaydılar, onları “qara qutulara” da quraşdırardılar”.

Müəllif yazır ki, mikroelektronika müasir silahlanmanın ən bahalı və ən mühüm texnoloji elementidir. NATO-dan ciddi texnoloji geriqalmanı təkçə parad və reklam rolikləri ilə gizlətmək mümkün deyil. Real döyüşdə Rusiya aviasiyası NATO HHQ üçün sadəcə təlim hədəfidir …

vuqar miraslanov

Vüqar Miraslanov – hərbi ekspert

Butusovun yazdıqları ilə tam razı olduğunu söyləyən hava hücumundan müdafiə məsələləri üzrə ekspert Vüqar Miraslanov deyir ki, “qara qutu” uçuşun koordinatları barədə heç bir informasiya verə bilməz. O yalnız təyyarə sistemlərinin iş parametrlərini qeyd edir.

“Bəzi “ekspertlər” bunu gözəl bildiklərindən sübüt etməyə çalışırdılar ki, əgər təyyarənin sükanlarının dönüşlərinin zaman qrafikindəki parametrlərini kompyüterdə analiz etsək, ilk uçuş nöqtəsi məlum olduğu halda, onun uçuş marşrutunun xəritə üzerinde proyeksiyasını qurmaq olar. Bu “ekspertlər” yalnız təyyarə texnikleri ve radioelektron sistemlərden anlayışı olan dar sahəli mütəxəssislər ola bilər. Ekspert bütün bunlarla yanaşı, kinematikanı, vektorlar həndəsəsini, meteologiyanı, hidrodinamikanı beş barmağı kimi bilməlidir ki, bu təyyarənin koordinatını aşkarlaya bilən differensial tənliklər klasterinin kompyüter proqramlarını tərtib edə bilsin. Bunun üçün gərək Rusiya Elmlər Akademiyasının bütün institutları işləsin. Heç bu da kifayət deyil, əgər bu tənliklərin şərtlərindən biri naməlum olarsa”, – deyə V. Miraslanov bildirib.

V. Miraslanov hesab edir ki, ruslar təyyarə vurulan rayonda meteoloji şəraitin hər bir yüksəklik üçün saniyəbəsaniyə lazım olan parametrlərini heç yerdən tapa bilməzlər. Heç bir cihaz onlara bunu verə bilməz: “Bu şarlatanlıq adlanır ki, Butusov onu qeyd edib. Ya da ki, elə başları o dərəcəyəcən işləyir”.

KATEQORIYA:
Bu xəbəri paylaş