Su-30 döyüş təyyarəsinin istehsal texnologiyası Hindistana verilir?

Hindistanın “Hindustan Aeronautics Limite” (HAL) şirkəti Su-30MKİ döyüş təyyarəsinin ölkədə istehsalına başlanmasına dair Rusiyanın müvafiq qurumları ilə danışıqlar aparır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, danışıqlarda döyüş təyyarəsinin istehsalı ilə bağlı texnologiyanın Hindistana ötürülməsi müzakirə mövzusudur.

“Jane’s”in yazdığına görə, danışıqlar yekun fazadadır.

Xatırladaq ki, HAL şirkəti Su-30MKİ təyyarələrinin Hindistanda yığılması prosesinə 2003-cü ildən başlayıb.

Hindistan isə bu təyyarələrin davamlı olaraq ölkəsində istehsal olunması üçün texnologiyanın tam alınmasına çalışır.
 

KATEQORIYA:
Bu xəbəri paylaş