Su-30SM beşinci nəsil texnologiyası ilə təchiz olunur

Su-30SM döyüş təyyarələri beşinci nəsil texnologiyası ilə təchiz olunacaq.

“Rostex”dən “AzeriDefence”yə verilən məlumata görə, “Radioelektronnıye texnoloqii” Konserni Su-30SM və bu təyyarənin eksport modeli olan Su-30MKİ üçün bort-radioelektron avadanlıqların modernləşdirilməsi istiqamətində mühəndis işləri aparır. Burada məqsəd təyyarələrin döyüş imkanlarını artırmaqdır.

Rusiya Müdafiə Nazirliyinin sifarişi əsasında həyata keçirilən bu modernləşdimə işləri zamanı radar və nişangah kompleksinin də imkanlarının genişləndirilməsi nəzərdə tutulub.

Konsernin baş direktorunun müavini Vladimir Mixiyev deyib ki, 2020-ci ilə kimi bu proses yekunlaşacaq.
Onun sözlərinə görə, hazırda Su-30SM-lərin bort-radioelektron sisteminin 60 faizini təmsil etdiyi konsern hazırlayır.

Bu naviqasiya sistemi sayəsində təyyarə yerdən verilən siqnal olmadan da həm quruya, həm də gəmiyə eniş zamanı problem yaşamayacaq.

Təyyarə “Bars” AFAR RLS-lə də təchiz olunub. Bu RLS pilota 120 km-dən hədəfi görmək imkanı yaradır. Həmçinin, “Bars” AFAR RLS-in köməyi ilə eyni vaxtda 15 hədəfi müşahidə etmək, 4-nə isə atəş açmaq mümkündür.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş