“Su-35 S-3” növbəti testdən keçdi

Rusiyanın “Suxoy” şirkətinin istehsalı olan “Su-35 S” üçüncü seriyalı çoxfunksiyalı döyüş təyyarəsinin sınaqları keçirilib. “Suxoy” Korporasiyasının yaydığı məlumata görə, Komsomolsk-Amur aerodromunda bu gün havaya qalxan “Su-35 S-3” iki saatdan çox havada qalıb. Bu zaman təyyarənin qüvvə qurğuları və kompleks idarə sisteminin müxtəlif iş rejimləri yerinə yetirilib. Təyyarənin sistemlərinin sabitliyi və idarə imkanları yoxlanıb. Sınaq zamanı mühərriklərin, sistemlərin və avadanlığın işində problem yaşanmayıb.

Korporasiyanın məlumatına görə, “Su-35” qırıcılarında uçuş sınaqları proqramı çərçivəsində 400-dən çox uçuş həyata keçirilib. Təyyarənin sürəti 2400 km/saat, praktiki tavanı 18 min metrdir. Təyyarə havadakı hədəfləri 400 km uzaqlıqdan aşkar edə bilir. “Su-35 S”in bort müşahidə sistemi 80 kilometrdən yuxarı uzaqlıqda bir neçə hədəfi eyni anda tam izləməyə imkan verir. Artıq təyyarə kompleks olaraq döyüş sınaqlarını keçməyə hazırdır.

Su-35 “4++” nəsilinin daha müasirləşdirilmiş, yüksək manevrli çoxfunksiyalı döyüş təyyarəsidir. Onda öz sinifdən olan anoloqları üzərində üstünlüyü təmin edən beşinci nəsilin texnologiyalarından istifadə edilib. Təyyarə anti-RLS, anti-gəmi, idarə olunan raketlər və aviasiya bombalarını daşıya bilir. Təyyarənin resursu 6 min uçuş saatı, xidmət müddəti 30 il müəyynə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş