Su-35 və Su-27 döyüş təyyarələri yeni uzaqdan idarəetmə sistemi ilə təchiz olunacaq

Rusiya Müdafiə Nazirliyinin sifarişi əsasında ordunun istismarında olan Su-35S və Su-27SM3 döyüş təyyarələri yeni uzaqdan idarəetmə sistemi ilə təchiz olunacaqlar.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumatına görə, “Postskriptum” adlanan avtomatlaşdırılmış sistemin köməkliyi ilə təyyarə qanadlı raketləri, pilotsuz uçuş aparatlarını (PUA) və bir neçə yüz km məsafədə olan düşmən təyyarələrini “görmək” imkanına malik olacaq.

Yeniliyin ən mühüm məqamlarından biri də odur ki, pilotun iştirakı olmadan belə həmin sistem işə düşür və adıçəkilən düşmən obyektləri aşkarlaya bilir.

2017-ci ilin sonuna qədər yekunlaşacaq modernləşmə işi Rusiya Müdafiə Nazirliyinə 35 milyon rubla başa gələcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş