Su çəni olan zirehli maşın

“NIMR Automotive” şirkəti özünün ən son texnikası olan “HAFEET 620A” zirehli maşının nümayiş etdirəcək.

“AzeriDefence”nin məlumatına görə, 6×6 təkər formuluna malik yeni zirehli maşın logistik dəstək məqsədi ilə istehsal edilib.

Maşının arxasında bir nasos və 2.3 kub həcimli su çəni yerləşdirilib. Çən suyun istilənməməsi üçün UV filtirləri ilə təchiz olunub.

Uzaq məsafələrə su daşınması üçün hazırlanan “HAFEET 620A” zirehli maşını 5 ton faydalı yük daşımaq qabiliyyətindədir.

Maşın ilk dəfə İDEX-2017 beynəlxalq müdafiə sərgisində nümayiş olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş