Amfibiya pilotsuz uçuş aparatı yaradılıb

Sinqapurun “ST Engineering” şirkəti su üzərinə enə bilən və üzmək imkanlarına malik pilotsuz uçuş aparatı hazırlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bir neçə təyinatlı PUA-ya UHV (Unmanned Hybrid Vehicle – pilotsuz hibrid aparat) adı verilib.

UHV çəkisi 25 kq-dır və bu texnika havada 20-25 dəqiqə qala bilir. Korpusu kompozit məmulatlardan hazırlanmış  PUA 1 ədəd hava və 2 ədəd kürək (avarçəkmə) pəri ilə təchiz olunub. Suya eniş zamanə PUA-nın kürək pərləri işə düşür.

Su üzərində PUA 7,4-9,3 km/saatda hərəkət edir.

İstehsalçılar deyir ki, bu PUA hərbçilərlə yanaşı, xilasetmə xidmətləri üçün unikal texniki avadanlıq rolunu oynaya bilər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş