“Subaru” 150 ədəd UH-X helikopteri istehsal edəcək

“Subaru” 150 ədəd UH-X helikopteri istehsal edəcək

Yaponiya Müdafiə Nazirliyinin Satınalma, Texnologiya və Loqistika Agentliyi (ATLA) “Subaru” şirkəti ilə UH-X helikopterlərinin tədrükünə dair müqavilə bağlayıb.

Bu barədə “AzeriDefence” “Janes”ə istinadən xəbər verib. Müqavilə çərçivəsində “Subaru” şirkəti Yaponiya Quru Özünü Müdafiə Qüvvələrinin (JGSDF) ehtiyacını qarşılamaq məqsədi ilə ilk mərhələdə 6 ədəd çoxməqsədli UH-X helikopteri istehsal edəcək.

Müqavilənin dəyəri 14.3 milyard JPY (131.6 milyon ABŞ dolları) təşkil edir. UH-X helikopterlərinin 2023-cü ilin yanvarına qədər sifarişçiyə çatdırılması planlaşdırılır.

Yaponiya Müdafiə Nazirliyi yaxın iki onillikdə JGSDF-in aviasiya parkında yer alan 127 ədəd UH-1J helikopterini təxminən 150 ədəd UH-X çoxməqsədli helikopter ilə əvəz etməyi planlaşdırır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş