Səudiyyə Ərəbistanı İtaliyadan AW139 helikopteri alır

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi İtaliyanın AgustaWestland şirkəti ilə AW139 çoxməqsədli helikopterlərin alğı-satqısına dair müqavilə bağlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə AgustaWestland şirkəti məlumat yayıb.

Helikopterlər tibbi evakuasiya üçün nəzərdə tutulmuş versiyada hazırlanacaq və Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin Aero Tibb İdarəsinin inventarında yer alacaq. Müqavilənin dəyəri və çatdıırılacaq helikopterlərin sayı açıqlanmayıb.

Razılaşmanın şərtlərinə görə, texnika Səudiyyə Ərəbistanına 2013-2014-cü illərdə çatdırılmalıdır.

AW139 helikopteri 15-ə yaxın sərnişin daşımaq imkanına malikdir. Helikopter saatda 310 kilometrə qədər sürət yığa bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş