Səudiyyə Ərəbistanı Türkiyənin BALİSTİKAsını seçdi

TÜBİTAK-ın hazırladığı BALİSTİKA adlı balistik izləri öyrənmə sistemi Səudiyyə Ərəbistanına ixrac ediləcək. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə TÜBİTAK məlumat yayıb.

Dünyanın ən yaxşı balistik iz öyrənmə sistemlərindən olan BALİSTİKA-ya bu ilk xarici sifarişdir. Giliz və güllələrdəki izləri 3 ölçüdə araşdıran sistem yenidən layihələndirilərək Səudiyyə Ərəbistanına ixrac olunacaq. Sistemə ərəbcə dil dəstəyi əlavə ediləcək.

Sistem Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyində bir mərkəz və 6 şöbədə fəaliyyət göstərəcək.

BALİSTİKA sistemi ilə silahlardan götürülən giliz və güllələri, arxivdə mövcud olan və silahı təsbit edilməyən hadisələrdən toplanmış bilgilərlə müqayisə edə biləcək. Sistemin ən önəmli özəlliklərindən biri də daha az xəta verən 3 ölçülü məlumat alma və göstərmə imkanıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş