Sumqayıtda baş verən qəzada 4 hərbi qulluqçu həlak olub

Sumqayıtda baş verən qəzada 4 hərbi qulluqçu həlak olub

Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi xəbərə görə, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.

Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi Bakı-Şamaxı yolunda baş verib. Müşfiqabad qəsəbəsi ərasində “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş