Sumqayıtda top və tank mərmiləri tapılıb

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində partlamamış döyüş sursatları aşkarlanıb.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında ANAMA-nın əməkdaşları tərəfindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsi 25 ünvanında yerləşən məişət tullantıları ərazisinə keçirilən baxış zamanı 12 ədəd partlamamış hərbi sursat (7 ədəd 122 mm-lik top mərmisi (OF-460), 1 ədəd 115 mm-lik tank mərmisi (BK-115), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 85 mm-lik top mərmisi (OF-365), 1 ədəd 76 mm-lik top mərmisi (OF-353) və 1 ədəd 57 mm-lik top mərmisi (OR-281U)) aşkar edilib. Tapılan sursatllar zərərsizləşdirilməsi üçün götürülüb.

KATEQORIYA:
Bu xəbəri paylaş