MN: Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum edən düşmən geri çəkilməyə məcbur edilib

MN: Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum edən düşmən geri çəkilməyə məcbur edilib

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

KATEQORIYA:
Bu xəbəri paylaş