Suriyada 800-dən artıq İŞİD yaraqlısı məhv edilib

Rusiya və Suriya hökumət qoşunları Fərat çayı vadisində İŞİD terror təşkilatının 800-dən artıq yaraqlısını məhv ediblər

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İŞİD terror qruplaşmasının ən mübariz dəstəsi darmadağın edilib.

Avqustun 27-də general Həsən Suxelin rəhbərlik etdiyi hökümət qoşunları, Rusiyanın silahlandırılmış dəstəsinin və aviasiya vasitələrinin köməkliyi ilə Qanem-Əli şəhəri yaxınlığında olan Fərat çayı vadisində İŞİD yaraqlılarını məhv ediblər. Keçirilən əməliyyat zamanı 800-ə yaxın terrorçu, 13 tank, 39 ədəd “pikap” tipli avtomilinin şassisi üzərində quraşdırılmış böyük kalibrli pulemyotlar, 9 minaatan və artilleriya qurğuları məhv edilib.

Bildirilib ki, hazırda Fərat çayının şərq sahili boyunca general Həsən Suxelin rəhbərlik etdiyi hökümət qoşunları hücumlarını davam etdirirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş