Təkmilləşdirilən “Alpagu” kamikadze PUA-ları bu ilin sonu silahlanmaya veriləcək

Təkmilləşdirilən “Alpagu” kamikadze PUA-ları bu ilin sonu silahlanmaya veriləcək

Türkiyənin STM şirkəti tərəfindən yerli imkanlar hesabına hazırlanan sabit qanadlı “Alpagu” kamikadze PUA-ların təkmilləşdirilmiş versiyasının sınaqları davam edir.

“AzeriDefence”nin “Anadolu Ajansı” agentliyinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin sonuna qədər yeni “Alpagu” kamikadze PUA-ları sınaqlarını tamamlayaraq Türkiyə Silahlı Qüvvələrinin invertarına daxil ediləcək.

“Alpagu” kamikadze PUA-lar məhvetmə gücü, dəqiqliyi və ən müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməklə yanaşı, həyata keçirilən döyüş əməliyyatlarına dəstək olacaq.

“Alpagu” PUA-ları yüksək keyfiyyətli görüntü və süni intellek alqoritmi, keyfiyyıtli kamera sitemləri və müxtəlif tipli partlayıcı seçimləri ilə diqqət cəlb edir.

“Alpagu” artırılmış döyüş başlığı və yenilənən hədəf işarələmə sistemləri ilə təhdidləri daha effektiv şəkildə aradan qaldıra bilir. “Alpagu”nin digər diqqət çəkən xüsusiyyəti isə maşına və ya yerə bağlı çox saylı buraxıcıdan eyni anda birdən çox atışın həyata keçirilə bilməsidir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş