Təkmilləşdirilən Mi-8MT helikopteri Ukrayna Ordusuna təhvil verilib

Təkmilləşdirilən Mi-8MT helikopteri Ukrayna Ordusuna təhvil verilib

“Aviakon” dövlət müəssisəsi tərəfindən əsaslı təmir və modernizasiya edilən Mi-8MT helikopteri Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” Dövlət Konserni məlumat yayıb.

Modernləşdirilən Mi-8MT helikopteri iki dəst peyk naviqasiya sistemi, radar transponderi, fövqəladə vəziyyət siqnalı, müasir radio altimetri və təhlükəsiz əlaqə yaratmaq imkanı verən qısa dalğalı rabitə cihazı ilə təchiz olunub.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş