Təkmilləşdirilmiş “Spectator-M1” PUA-nın ilk partiyası silahlanmaya verilib

Təkmilləşdirilmiş “Spectator-M1” PUA-nın ilk partiyası silahlanmaya verilib

“Ukroboronprom” Dövlət Konserninə daxil olan “Meridian” ASC tərəfindən təkmilləşdirilən və seriyalı istehsal edilən “Spectator-M1” pilotsuz uçuş aparatının (PUA) ilk partiyası Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

Bu barədə “AzeriDefence”ə “Ukroboronprom” Dövlət Konsernindən məlumat verilib.

Ukrayna Müdafiə Nazirliyinin sifarişi əsasında təkmilləşdirilmiş “Spectator-M1” PUA kəşfiyyat-müşahidə əməliyyatları üçün nəzərdə tutulub. “Spectator-M1” PUA  dövlət sərhədinə nəzarət, axtarış-xilasetmə işləri, su və meşələrin monitorinqi və digər tapşırıqları icra edə bilər.

“Spectator-M1” PUA-nın uçuş radiusu 30 km-ə qədər olan ərazini əhatə edir. PUA əməliyyat üçün xüsusi uçuş-enmə zolaqları tələb etmir. Elektriklə çalışan aparat 2 km hündürlükdə uçuş apara bilir. 120 km/saatda hərəkət edən aparat 2 saata yaxın havada qalmaq imkanına malikdir.

Qeyd edək ki, “Spectator-M1” PUA 2019-ci ildə sınaqlarını tamamlayaraq Ukrayna Ordusunun silahlanmasına qəbul edilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş