Təməl Kotil: “Atak-2” Amerika istehsalı olan “Apache” helikopterini üstələyəcək

Təməl Kotil: “Atak-2” Amerika istehsalı olan “Apache” helikopterini üstələyəcək

“Atak-2” döyüş helikopteri ilk “Atak” helikopterindən fərqli olaraq tamamilə yerli və milli olacaq.

“AzeriDefence” xəbər verir bu barədə “TRT radio”ya müsahibəsində TUSAŞ şirkətinin baş direktoru Təməl Kotil deyib.

Onun sözlərinə görə, bununla Türkiyə Amerika və Rusiyadan sonra ən inkişaf etmiş helikopter istehsal etmiş olacaq.

“Türkiyə Silahlı Qüvvələrinin inventerında yer alan “Atak” helikopterinin sürət qutusu, mühərrik və topunun İtaliyadan idxal edildiyi halda “Atak-2” helikopterinin sürət qutusu və mühərriki daxil bütün avadanlıq və hissələri yerli olacaq”, – deyə Təməl Kotil vurğulayıb.

Baş direktorun sözlərinə görə, “Atak-2” bəzi xüsusiyyətləri ilə Amerika istehsalı olan “Apache” helikopterini üstələyəcəyini bildirib.

“Atak 2”nin Hərbi Dəniz Qüvvələri və aviasiya gəmiləri üçün nəzərdə tutulduğunu deyən Təməl Kotil Quru Qoşunları və Jandarma üçün də istehsal edildiyini bəyan edib.

“Atak-2” ağır zərbə helikopterinin 2023-cü ildə ilk uçuşunu həyata keçirməsi, 2025-ci ildə sifarişçiyə təhvil erilməsi planlaşdırılır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş