T-50 PAK FA döyüş təyyarələrinin seriyalı istehsalına 2017-ci ildə başlanacaq

Rusiya beşinci nəsil T-50 PAK FA döyüş təyyarələrinin seriyalı istesalına hazırlaşır.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

“Suxoy” şirkəti tərəfindən PAK FA proqramı çərçivəsində T-50 döyüş təyyarələrinin seriyalı istehsalına 2017-ci ildə başlanacaq.

T-50 PAK FA döyüş təyyarələrinin Rusiya Hərbi və Kosmik Qüvvələrinə çatdırılması isə 2018-ci ildə nəzərdə tutulur.

Tək pilotlu döyüş təyyarəsi 2 ədət mühərriklə təchiz olunub.

T-50 döyüş təyyarələri ilk uçuşunu 2010-cu ilin yanvar ayında reallaşdırıb.

Qeyd edk ki, 2012-ci ildə Rusiyanın “Suxoy” şirkəti aktiv fazalı anten qəfəsə malik bort radiolokasiya sistemi (AFAR) ilə təchiz edilmiş beşinci nəsil təyyarəsinin uçuş sınaqlarını keçirib. T-50-3 təyyarəsinin təcrübi nümunəsində yerüstü və uçuş sınaqlarının gedişində AFAR yaxşı nəticələr göstərib.

KATEQORIYA:
Bu xəbəri paylaş