T-50 PAK FA döyüş təyyarələrinin alınması təxirə salındı

Rusiya Müdafiə Nazirliyi 5-ci nəsil T-50 PAK FA döyüş təyyarələrinin böyük sayda alınması prosesini təxirə salıb.

“AzeriDefence”nin məlumatına görə, Rusiya müdafiə nazirinin müavini Yuriy Borisov deyib ki, hələlik ilkin olaraq, sınaq üçün 1 eskadriliya sayda təyyarə alınacaq.
Onun sözlərinə görə, bunun qarşılığında isə həmin müəssisədən Su-35 döyüş təyyarələrinin alınması prosesinə başlanılacaq:

“Bu həm ucuzdur, həm də analoqlarından qiymətinə görə daha üstündür”.

Nazir müavini buna baxmayaraq, T-50 PAK FA-nın istehsal sayında heç bir məhdudiyyətin olmayacağını da qeyd edib.

KATEQORIYA:
Bu xəbəri paylaş