T-50 təyyarəsinin AFAR-la uçuş sınaqlarına başlanıb

Rusiyanın “Suxoy” şirkəti aktiv fazalı anten qəfəsə malik bort radiolokasiya sistemi (AFAR) ilə təchiz edilmiş beşinci nəsil təyyarəsinin uçuş sınaqlarına başlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Suxoy” şirkəti məlumat yayıb.

T-50-3 təyyarəsinin təcrübi nümunəsində yerüstü və uçuş sınaqlarının gedişində AFAR yaxşı nəticələr göstərib.

Sistem Tixomirov adına Elmi-Tədqiqat Cihazqayırmanın İnstitutunda hazırlanıb. AFAR hədəflərin aşkar edilmə uzaqlığını artırmağa, hava-hava və hava-səth rejimlərində paralel işləməyə icazə verir. Qrup və tək obyektləri tanımaq, təsnif etmək, eyni zamanda bir neçə yüksək dəqiqlikli məhvetmə vasitələri ilə hücum etmək, həmçinin əlaqəni və radio elektron əks təsiri təmin etmək imkanlarını yaradır.

KATEQORIYA:
Bu xəbəri paylaş