T-80 BV tanklarının ilk partiyası müasirləşdirilib

Rusiya Silahlı Qüvvələrinin texnika parkında yer alan T-80 tanklarının ilk 10 ədədi 2017-ci il ərzində modernləşdirilərək T-80 BV səviyəsinə çatdırılıb.

“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi xəbərə görə, T-80 tanklarının modernizə işləri Müdafiə Nazirliyi ilə “Uralvaqonzavod” şirkəti arasında imzalanan müqavilə çərçivəsində həyata keçirilir.

Məlumatda qeyd olunub ki. “Omsk” maşınqayırma zavodunda müasirləşdirilən tankın xarakteristikası əhəmiyyətli dərəcədə yüksəldilib. Yeni modernizə işləri sayəsində T-80 BV tankının müdafiə sistemi gücləndiriləcək, atış gücü səviyyəsi daha da artırılıb.

Həmçinin tankın dinamik müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. T-80 BV ən müasir tank əleyhinə vasitələrlə və tandem döyüş başlıqlı raketlərə qarşı zirehli qoruma ilə təchiz olunur.

Bununla yanaşı, T-80 BV tanklarında “Pelenq” şirkətinin istehsalı olan “Sosna-U” çoxkanallı tuşlayıcı nişangahı, habelə digər müasir cihazlar qurulub. Tuşlayıcı və komandir bölməsi monitorla, radiostansiya və GPS/QLONASS peyk naviqasiya sistemi ilə təmin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş