T-90 tanklarının son partiyası yaxın aylarda Azərbaycana göndəriləcək

Rusiyaya sifariş verilmiş T-90S əsas döyüş tanklarının 20 maşından ibarət son partiyası Azərbaycana yaxın aylarda gətiriləcək.

Bu barədə “AzeriDefence”yə İDEX-2015 sərgisində iştirak edən “Rosoboroneksport” ASC-dən məlumat verilib.

“Rosoboroneksport” rəsmilərinin sözlərinə görə, bununla Azərbaycanın T-90S tankları üzrə sifarişləri tam şəkildə yerinə yetirilmiş olacaq.

“Düşünürük ki, bizim bu müqavilə vaxtında və Azərbaycanın istəyinə uyğun icra olundu. Biz Azərbaycan kimi mühüm tərəfdaşımızla əlaqələri davam etdirməyə maraqlıyıq”, – deyə “Rosoboroneksport”dan bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş