İranda T-90S-in lisenziyalı istehsalına başlanıla bilər

Rusiyanın “Uralvaqonzavod” Elm-istehsalat Birliyi (UVZ)  T-90S tanklarının İranda lisenziyalı istehsalına başlaya bilər.

“AzeriDefence”nin məlumatına görə, bu barədə açıqlamanı UVZ-nin baş direktorunun müavini Aleksey Jariç verib.

O bildirib ki, təmsil etdiyi şirkət İranın tank parkının müasirləşdirilməsi və yeni texnikanın istehsalı üçün  əməkdaşlığa hazırdır.

Məlumatda o da qeyd edilib ki, artıq uzun müddətdir Rusiyanın UVZ şirkəti İranda bir sıra layihələr üzrə fəaliyyət göstərir. Bundan əvvəl isə UVZ-nin baş direktoru Oleq Sienko da əməkdaşlığın genişləndiriləcəyinə dair açıqlama ilə çıxış etmişdi.

Xatırladaq ki, hazırda İranın tank parkı SSRİ istehsalı olan T-72-nin bazasında yaradılan “Zülfiqar”, həmçinin T-62, T-54 və T-55, ingilis “Çiften”, Çinin “Type” 59, 69, ABŞ-ın M60A1, M48, M47 tanklarından ibarətdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş