T-90S tankları hərbi paradda ilk dəfə nümayiş etdiriləcək

Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da keçiriləcək hərbi paradında nümayiş etdiriləcək yeni texnikalardan biri də T-90S tankıdır. “AzeriDefence”nin xəbərinə görə, bu barədə APA agentliyi məlumat yayıb.

Azərbaycanın 2011-ci ildə Rusiyadan aldığı bu tanklar ilk dəfə hərbi paradda nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirildikdən sonra T-72 SIM “Aslan” adı verilmiş tankları ilk dəfə 2011-ci ildə keçirilmiş hərbi paradda nümayiş olunub.

İsrailin “Elbit Systems” şirkəti tərəfindən modernləşdirilmiş bu tankların döyüş qabiliyyəti yüksəldilib, həmçinin atış imkanlarının yaxşılaşdırılması üçün tanklarda bir sıra yeni sistemlər qurulub.

KATEQORIYA:
Bu xəbəri paylaş