Tacikistan Ordusu Çin istehsalı olan hərbi texnikalarla gücləndirilir

Tacikistan Ordusu Çin istehsalı olan hərbi texnikalarla gücləndirilir

Rusiya ilə müdafiə və təhlükəsizlik sahəsində sıx əlaqələrinin mövcudluğuna baxmayaraq, Tacikistanın son illərdə Çindən hərbi-texniki asılılığının artması müşahidə olunur.

Rəsmi Düşənbə 2015-2019-cu illərdə Çindən hərbi-maliyyə yardımları və satınalma layihələri çərçivəsində müxtəlif növ silah və texnikalar əldə edib.

“AzeriDefence”nin məlumatına görə, fevralın 21-də paytaxt Düşənbədə Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 27-ci ildönümünə həsr olunmuş hərbi paradda qoşunların silahlanmasında yer alan Çin istehsalı silah və texnikalar da nümayiş etdirilib.

Paradın fotolarından göründüyü qədər, Tacikistan ötən dövrdə Çindən “Shaanxi Baoji Special Vehicles Company” şirkətinin istehsalı olan “Tiger” (polis və sərhəd qüvvələrinin silahlanmasındadır), NORINCO şirkətinin istehsalı olan VP-11 minaya qarşı qorumalı nəqliyyat vasitələri (MRAP), 82 mm çaplı “Dongfeng CS/SS4” özüyeriyən minaatanlar, “Dongfeng EQ2050 Mengshi”, “CS/VN3 Dajiang” irehli avtomobillər, habelə müxtəlif iriçaplı snayper tüfəngləri və qumbaraatanlar alıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş