Tacikistan sərhədçiləri Qırğızıstanın yaşayış evlərini atəşə tutub

Tacikistan sərhədçiləri Qırğızıstanın yaşayış evlərini atəşə tutub

Tacikistanın hərbi qulluqçuları Qırğızıstanın Arka kəndindəki yaşayış evlərini atəşə tutub.

“Poliqon” xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, Arka kəndinin sakinləri daha əvvəldən evakuasiya olunub: “Tacikistanla sərhəddə vəziyyət gərgin olaraq qalır. Hazırda Qırğızıstan Sərhəd Xidmətinin qüvvələri müdafiə mövqeləri tutub”.

Tacikistanın Dövlət Təhlükəsizlik Komitəsi Qırğızıstan Sərhəd Xidmətinin Arka kəndinin atəşə tutulması barədə xəbərini təkzib edib. Bildirilib ki, əldə olunmuş razılaşmaları pozmamaq üçün ərazidə patrul xidməti aparılır: “Arka kəndinin yerləşdiyi Xudojen-Kanibadam yolu indi yalnız mülki şəxslərin və patrulların hərəkəti üçün açıqdır, hərbi texnika ora hərəkət etməyib və yolda vəziyyət sakitdir”.

Xatırladaq ki, aprelin 29-da axşam saatlarında Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün dirəklərə videokameralar quraşdırmasından sonra qarşıdurma başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən atəş açıb. Bu, sərhədçilər arasında silahlı qarşıdurmaya çevrilib.

Elə həmin gün axşam Bişkek və Düşənbə atəşkəs və qüvvələrin geri çəkilməsi barədə razılığa gəldilər, lakin ertəsi gün atışma dabam etdi. Tərəflər 30 aprel axşamı atəşkəs barəsində başqa bir razılığa gəliblər.

Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb.

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş