Tacikistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi həlak olub

Tacikistan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş qərargah rəisi, general-mayor Zərif Bobokalonov həlak olub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “İnterfax” agentliyi xəbər yayıb.

Baş qərargah rəisi avtomobil qəzasında həlak olub.

Hadisə bir neçə saat əvvəl paytaxt Düşənbə şəhərinin mərkəzində, Z. Bobokalonov evinə gedərkən baş verib.

Onu təcili xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin versiyaya əsasən, sükan arxasında özü olan baş qərargah rəisi kəskin ürək çatışmamazlığı səbəbidən idarəetməni itirib və maşını başqa avtomobillə toqquşub.

46 yaşlı Z. Bobokalonov bu vəzifəyə 2014-cü il yanvarın 18-də təyin edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş