Tağı İbrahimovun şirkəti Amerika silah firmasının regional təmsilçisi oldu

ATV telekanalının sabiq rəhbəri Tağı İbrahimovun “Elibra Qlobal” şirkəti Amerikada silah istehsalı üzrə ixtisaslaşmış “Dillon Aero İnc” şirkətinin Azərbaycan və Gürcüstan üzrə təmsilçisi olub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Elibra Qlobal” şirkəti öz internet saytında məlumat yayıb.

“Dillon Aero İnc” şirkəti M-134 və M-240 pulemyotlarını istehsal edir. Bu pulemyotlar zirehli maşınlarla yanaşı helikopterlərdə və gəmilərdə qurulur. Şirkətin açıqladığı informasiyaya görə, bu pulemyotlar dəqiqədə 3000 atəş açır.

Qeyd edək ki, T. İbrahimov Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş