TAI şirkəti yeni çoxməqsədli PUA yaradır

Türkiyənin TAI şirkəti yeni iki mühərrikli və daha artıq yük daşıma qabilliyyətinə malik pilotsuz uçuş aparatının (PUA) yaradılmasına başlayıb.

Bu barədə “AzeriDefence” “Savunma ve Teknoloji” saytına istinadən məlumat verib.

Bildirilib ki, yeni PUA dünya bazarındakı orta hündürlükdə, uzun müddət havada qalan analoqlarından daha yüksək faydalı yük daşıma tutumuna sahibdir.

Milli imkanlar hesabına hazırlanıb, istehsal olunacaq PUA-nı kəşfiyyat-müşahidə, axtarış-xilasetmə, siqnal kəşfiyyatı və döyüş əməliyyatlarında istifadə etmək mümkündür.

170 at gücünə sahib olan yeni PUA-nın 20000 fut ( 6600 metr) hündürlükdə uçuş imkanı var. Aparatın iki ədəd PD170 mühərriki ilə təchiz olunacağı planlaşdırılır. Yeni pilotsuz uçuş aparatı 750 kiloqrama qədər faydalı yük daşıma qabiliyyətinə sahib olacaq.

Elektro-optik və geniş sahədə müşahidə etmə kameraları, radar və rabitə sistemləri inteqrasiya olunacaq PUA-dan peyk vasitəsilə uzun mənzilli əməliyyatlarda istifadə ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş