Tailand Almaniyadan 6 ədəd dənizaltı alır

Tailand Müdafiə Nazirliyi əvvəllər istismarda olan sualtı gəmilərin siyahısını gələn həftə hökumətə təqdim etməyi planlaşdırır. “AzeriDefence”nin xarici hərbi KİV-lərə istinadən verdiyi məlumata görə, hazırda bununla bağlı müzakirələr nazirlik daxilində yekunlaşmaqdadır.

Bununla yanaşı Tailand hökuməti Almaniyadan DEPL “Tip-206A” gəmisinin alınması məsələsi məhdudlaşdırıb. Bu gəminin alınması ilə bağlı qərar ayın sonlarında verilə bilər.

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQdənizaltıların alınması ilə bağlı təklifini dəstəkləyib. Tailand Müdafiə Nazirliyi hesab edir ki, ölkənin təhlükəsizliyi üçün sualtı qayıqların alınması zəruridir.

İlkin olaraq Tailand HDQ Almaniyadan 6 DEPL almaq niyyətindədir, baxmayaraq ki, hökumət hərbi qurumun bu təklifini bəyənməyib. Almaniya isə artıq həmin gəmilərdən 2-ni Kolumbiyaya satır. Qalan 4 sualtı gəminin qiyməti isə 5,5 milyard Tailand batıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş