Tailand Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycan MSN-də olublar

Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Tailand Krallığının Müdafiə Nazirliyinin daimi katibinin müavini general Porpol Maneerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə MSN-nin fəaliyyəti barədə məlumat verilib. Görüşdə Azərbaycan və Tailand arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar nazirliyin müəssisələrinə baş çəkərək istehsal prosesini izləyiblər.

KATEQORIYA:
Bu xəbəri paylaş