“Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda kurs keçirilir

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 25-də Türkiyə Silahlı Qüvvələrinin Sülh Naminə Birgə Təlim Mərkəzinin mobil təlim qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda təlim kursu başlanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kurs müddətində iştirakçılara “Sülhü dəstəkləmə hərəkatı”, “Hərbi mülki iş birliyinin təsviri və inkişafı”, “Hərbi mülki iş birliyinə kompleks yanaşma”, “Sülhü dəstəkləmə əməliyyatlarında mülki təşkilatlar”, “Münaqişələr zamanı mülki əhalinin qorunması” və digər mövzulara dair mühazirələr oxunacaq, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılacaq.

Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirakı ilə keçirilən kurs sentyabrın 29-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş