Taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsi açılıb – FOTO

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa edilmiş taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İdarəetmə məntəqəsi haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb ediləcək şəxsi heyətin yerləşdirilməsi üçün müvafiq infrastruktur yaradılıb.

Real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Sonra Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə hazırlanmış müxtəlif döyüş vasitələri və texniki avadanlıqların nümunələri müdafiə nazirinə təqdim olunub, onların döyüş imkanları nümayiş etdirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş