“Talarion” pilotsuz uçuş aparatının istehsalı proqramı dayandırılıb

“Talarion” pilotsuz uçuş aparatının istehsalı proqramının dayandırılması sifarişçilərdə maraq yaratmaması ilə bağlı olub.

“AzeriDefence”nin məlumatına görə, aparatın istehsalının sifarişçiləri olan Almaniya, Fransa və İspaniya 20011-ci ilin sonuna qədər proqramın davam etdirilməsi üçün maliyyə vəsaiti ayırmadığından, layihənin növbəti müddətə davam etdirilməsi təxirə salınıb.

Şirkətdən bildirilib ki, uçuş aparatının istehsalının davam etdirilməsi məqsədilə Türkiyənin “Turkish aerospace industry” və İtaliyanın “Alenia aermakki” şirkətləri ilə danışıqlar aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş