“Taliban” ABŞ helikopterini vurdu: 43 hərbçi öldü

Əfqanıstanın Loqar vilayətinin Xarvar bölgəsində ABŞ-a məxsus nəqliyyat helikopteri qəzaya uğrayıb.

“AzeriDefence” Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən qəza hadisəsi nəticəsində ABŞ Ordusunun 43 hərbçisi ölüb.

Bildirilir ki, hücum dünən axşam saatlarında “Taliban” qruplaşması tərəfindən həyata keçirilib.

Qəza ilə bağlı NATO ilkin olaraq heç bir açıqlama verməyib. Hadisə yerində olan qüvvələrdən məlumatlar öyrənilib. “Taliban” qruplaşmasının sözçüsü Zabihullah Mujahid tərəflərindən hücum zamanı ABŞ Ordusunun 43 hərbçisinin öldürüldüyünü təsdiqləyib. Bundan sonra NATO “Taliban” qruplaşması tərəfindən ABŞ-a məxsus nəqliyyat helikopterinin vurulması nəticəsində Silahlı Qüvvələrin 43 hərbçisinin ölüdüyü məlumatını yayıb.

Qeyd edək ki, qəza hadisəsinin baş verdiyi Loqar vilayəti ABŞ və Əfqanıstan qüvvələri üçün nisbətən müdafiəsiz bir yer olaraq tanınır.

KATEQORIYA:
Bu xəbəri paylaş