Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib – DÜŞMƏN CƏBHƏDƏ SIXIŞDIRILIR

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib – DÜŞMƏN CƏBHƏDƏ SIXIŞDIRILIR

Azərbaycanın Müdafiə Nazirliyi qoşunların təmas xəttində gedən döyüş əməliyyatları ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş