“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2020” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Azərbaycan komandası Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş