
“Tank biatlonu”nda iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya gedib
“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb.
Bu barədə Azeri Defence saytəna Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək.
KATEQORIYA: Xəbərlər