“Tank biatlonu”nda iştirak edən tankçılarımız hazırlıqlarını davam etdirir

“Tank biatlonu”nda iştirak edən tankçılarımız hazırlıqlarını davam etdirir

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız birinci divizionun ilk yarışına hazırlıqlarını davam etdirir.

Bu barədə Azeri Defence saytına Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tank heyətləri və texniki dəstək qrupu tərəfindən yarışda istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib. Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş