TANK YARIŞI – Serbiya Rusiyanın “Armata”sının bənzərini yaradır

Serbiyalı konstruktorlar Rusiyanın T-14 “Armata” tankının bənzərinin yaradılması istiqamətində işlərə başlayıblar.

“AzeriDefence”nin Serbiya mediasına istinadən verdiyi məlumatına görə, “Partner 2015” sərgisində mütəxəssislər “gələcəyin serb tankı” adlı layihəni təqdim ediblər. Layihənin kod adı M-20UP-1 adlandırılıb.

Bildirilib ki, tank bir çox meyarlarına görə, Rusiya istehsalı olan T-14 “Armata”ya bənzəyir.

Belə ki, layihəyə görə, T-14-də olduğu kimi M-20UP-1-də 125 mm-lik top ekipaj olmayan bölmədə yerləşəcək, həmçinin heyət 3 nəfərdən ibarət olacaq. Ekipaj zirehli kapsulanın içərisində yerləşəcək.

Serblərin layihəsinin özəlliyi isə onun elektrik transmissiyası ilə bağlıdır. Mütəxəssislərin sözlərinə görə, bu transmissiya tank hərəkətdə olan zaman səsinin azalmasına, termal cihazlarla aşkarlanmasına, az güclə istənilən məsafəni qət etməsinə hesablanıb.

Topun sursat komplekti 48 mərmidən ibarətdir.

Məlumatda o da qeyd olunub ki, konstruktor komandası artıq 8 aydır bu layihə üzərində çalışır.

KATEQORIYA:
Bu xəbəri paylaş