Tarixdə ilk dəfə Özbəkistanın müdafiə naziri qonşu Tacikistana səfər edir

Özbəkistanın müdafiə naziri, general-mayor Əbdülsalom Əzizov qonşu Tacikistana səfərə hazırlaşır.

“AzeriDefence” Rusiya mətbuatına istinadən xəbər verir ki, Özbəkistan müdafiə naziri, general-mayor Əbdülsalom Əzizovun Tacikistana səfəri oktyabrın 11-dən 13-dək olacaq. Orta Asiya Respublikaları müstəqillik qazandıqdan sonra özbək müdafiə naziri birinci dəfədir ki, Tacikistana səfər edəcək.

General-mayor Əbdüsalom Əzizovun Tacikistana səfər etməsinin səbəbi Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin müdafiə nazirlərinin iclasının paytaxt şəhər Düşənbədə keçirilməsidir.

Səfər zamanı özbək nazirin tacik həmkarı və digər güc strukturlarının rəbhbərləri ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Ə.Əzizov cari ildə müdafiə naziri kimi deyil, Özbəkistanın rəsmisi kimi Tacikistana səfər edib. 2017-ci ilin sentyabr ayında general Ə.Əzizov Özbəkistan Daxili İşlər Nazirliyində ən yüksək postlardan birini tutub. Məhz bu vəzifədə olarkən o, Düşənbəyə gəlib. Bu səbəbdən də tacik güc strukturlarının nümayəndələri Əzizova yaxşı məlumdur.

Cari ilin sentyabr ayında prezidentin fərmanı ilə Özbəkistanın müdafiə naziri Əbdülsalom Əzizov təyin olunub. Özbəkistan müdafiə nazirinin Tacikistana səfərə hazırlaşması, iki respublika arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi tarixində ilk tam atılmış addım hesab etmək olar.

KATEQORIYA:
Bu xəbəri paylaş