Tayland HDQ amfibiya döyüş maşınları alacaq

Tayland HDQ amfibiya döyüş maşınları alacaq

Tayland Hərbi Dəniz Qüvvələri (HDQ) amfibiya tipli zirehli döyüş maşınları almaq istəyir.

“AzeriDefence”nin “Armyrecognition”a istinadən verdiyi xəbərə görə, bununla bağlı Tayland Hökuməti ilkin mərhələdə 3 amfibiya piyada döyüş maşının alınması üçün dövlət büdcəsindən 405 milyon baht vəsait ayırıb.

Nəqliyyat vasitəsinin növü hələ dəqiqləşdirilməyib, lakin Tayland HDQ Çinin VN-16/18 indeksli piyadaların döyüş maşını ilə yaxından maraqlanır. Bununla əlaqədar Tayland HDQ Çinə bir komanda göndərib.

Çinin “Norinco” şirkəti tərəfindən hazırlanan VN-16/18 amfibiya tipli zirehli maşın saatda 65 kilometrə qədər sürətlə, suda isə saatda 30 kilometrə qədər sürətlə hərəkət edə bilir. 1600 at gücündə olan transportyorun çəkisi 26 tondan çoxdur. Mütəxəssislərin sözlərinə görə, VN-16/18 öz sinfində ən sürətli və güclü hərbi texnika hesab olunur.

Digər seçimlərə ABŞ istehsalı olan AAV-7 (LVTP-7) və Cənubi Koreyanın KAAV-7A1 daxildir. ABŞ təkmilləşdirilmiş ikinci əl AAV-lərini sərfəli qiymətə satmağa hazır olduğunu bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş