Tayland Ukraynadan yeni komanda-qərargah maşınları alır

Tayland Ukraynadan yeni komanda-qərargah maşınları alır

2020-vi ildə imzalanmış müqavilə əsasında ixrac sifarişini yerinə yetirməkdən ötrü “Ukroboronprom” Dövlət Korporasiyasının tərkibinə daxil olan “Kiyev zirehli tank zavodu”nda (KZTZ) BTR-4U zirehli transportyorunun bazasında yerləşdirilmiş BTR-4KŞ-T komanda-qərargah maşınının yığılma və yürüş sınaqları keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə KZTZ-nin mətbuat xidməti məlumat verib.

İlk sınaqlardan sonra BTR-4KŞ-T modeli üzərində tamamlama işləri yerinə yetiriləcəkdir. Bu zaman “NVK” CHEZARA TEHAVIACOM” şirkəti ilə əməkdaşlıqda maşının üzərinə 12,7 mm pulemyotla unifikasiya edilmiş “İva-M” döyüş modulunun, daxili rabitə və döyüş meydanını idarəetmə sisteminin kommutasiya aparatlarının, videomüşahidə və sürücülüyə kömək sisteminin quraşdırılacağı planlaşdırılır.

Yeni KQM, istehsalçı müəssisənin konstruktorları tərəfindən 2020-ci ildə sifarişçinin tələblərinə uyğun hazırlanan texniki sənədlər əsasında istehsal olunur, Tayland Kral Donanmasının hissələri və bölmələrini komplektləşdirmək üçün nəzərdə tutulub.

Ukrayna Silahlı Qüvvələrinə tədarük olunan seriyalı istehsal BTR-4KŞ komanda-qərargah maşınının da KZTZ-nun eyni BTR-4U zirehli transportyorunun bazasında yerləşdiriməsinə baxmayaraq, niyə Taylandlılara uyğun olmadığı aydın deyil.

BTR-4KŞT KQM rabitə bölməsində rahat şəkildə 8 zabitdən ibarət bir heyət qrupu yerləşə bilir.

Planlara görə, yeni komanda və qərargah maşını bu ilin sonuna qədər müştəriyə (maşın dəsti şəklində) çatdırılmalıdır.

Əhəd Əzizov

KATEQORIYA:
Bu xəbəri paylaş