Tayvan dünyanın ən bahalı tankını alır

Tayvan dünyanın ən bahalı tankını alır

Çin (Tayvan) Respublikasının Müdafiə Nazirliyi, ABŞ-da M1A2T səviyyəsinədək təkmilləşdiriləcək 108 ədəd “Abrams” tankı almaq istədiyir.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, təkmilləşdirilmənin mahiyyəti qüllənin konstruksiyasını və tankı müdafiə sistemini inkişaf etdirməkdir.

Müqavilənin ümumi dəyəri 1,3 milyard ABŞ dolları və ya bir ədəd tankın alış qiyməti 12,1 milyon ABŞ dolları olacaqdır. Əslində, Tayvan üçün nəzərdə tutulmuş bu “Abrams”lar dünyanın ən bahalı döyüş tankları olacaqlar.

İndiyə qədər dünyanın ən bahalı əsas döyüş tankı statusu bir ədədi təxminən 10 milyon ABŞ dolların başa gələn Hindistan “Arjun” Mk-1A məxsus idi.

ABŞ-ın “Abrams” tankları Tayvana aşağıdakı qrafikə uyğun olaraq tədarük ediləcəkdir:

2022-ci ildə – 18 ədəd; 2023-cü ildə – 18 ədəd; 2024-cü ildə – 28 ədəd; 2025-ci ildə – 30 ədəd; 2026-cı ildə – 14 ədəd.

Alınacaq tanklar, Tayvanın şimalında yerləşən və əsas inzibati qurumları qoruyan Çin Respublikası Silahlı Qüvvələrinin 6-cı Ordu Korpusu tərəfindən istifadə ediləcəkdir.

M1 Abrams, keçən əsrin 70-ci illərində hazırlanmış və 1980-ci ildən bu yana istehsal olunan ABŞ-ın əsas döyüş tankıdır. Tank ABŞ Dəniz Qüvvələri Korpusunun və ABŞ Ordusunun, habelə Misirin, Səudiyyə Ərəbistanının, Küveytin, İraqın, Avstraliyanın və Mərakeşin silahlı qüvvələrində silahlanmadadır.

M1A1 modifikasiyası 1984-cü ildə hazırlanmışdır və əsas versiyasından 120 mm-lik hamar lüləli topu (əsas versiya 105 mm-lik yivli lüləli topla silahlanmışdır), gücləndirilmiş zirehi və kondisioner sistemi ilə fərqlənir.

Bu günə “Abrams” tankının ən yeni modifikasiyası ictimaiyyətə ilk dəfə 2014-cü ildə təqdim edilmiş M1A3 modelidir.

Əhəd Əzizov

KATEQORIYA:
Bu xəbəri paylaş