Tayvan uzaq mənzilli gəmi əleyhinə raket hazırlayıb

Tayvan yerli istehsal olan Hsiung Feng III (Qoçaq Külək) raketinin uzun mənzilli versiyasının sınaqlarını başa çatdırıb. Bu barədə “AzeriDefence” Tayvan mediasına istinadən məlumat yayıb.

Raket Tayvan Müdafiə Nazirliyin əsas tədqiqat mərkəzi olan Chung-Şan Elm və Texnologiyalar İnstitutu tərəfindən hazırlanıb. Səsdən sürətli bu raket 400 km uzaqlıqdakı gəmilərə qarşı tətbiq olunacaq.

Qeyd edək ki, hazırda Tayvanın mövcud Hsiung Feng III raketləri 150 km uzaqlığa malikdir. Yeni versiya təyyarədaşıyan gəmilərə qarşı da tətbiq oluna biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş